Suriyada bufer zonasının yaradılması müzakirə olunub
05.10.2015 482 0.0 0

Avropa İttifaqı və Türkiyə Suriyada bufer zonasının yaradılmasını müzakirə ediblər.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Türkiyə prezidenti ilə görüşdən sonra jurnalistlərə deyib.
 
“Ümumiyyətlə, Avropa İttifaqı Türkiyə ilə hər hansı məsələni müzakirə etməyə hazırdır. Biz Suriyada bufer zonasının yaradılmasının mümkünlüyünü müzakirə etdik. Yüz minlərlə insanın Türkiyə ərazisindən Avropa İttifaqı ölkələrinə keçmə hallarına son qoyulmalıdır. Biz bununla bacara bilmirik, bizə Türkiyə lazımdır”, deyə D.Tusk bildirib.
 
Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara Türkiyə və Suriya arasında bufer zonasının yaradılmasını təklif etmişdi. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar