Suriyada atəşkəs elan olundu
27.08.2015 601 0.0 0

Suriyada müxalif qruplar, ordu və Hizbullah atəşkəs barədə razılığa gəliblər.Xarici mətbuata istinadla verilən məlumata görə, atəşkəsin müddəti 48 saatdır.

Razılaşma Livan sərhədində yerləşən Zabadani və İdlib bölgələri üçün keçərlidir.
Həmçinin “Reuters"in məlumatına görə, Kürd Peşmərgə Qüvvələri də bu razılaşamaya qoşulub. Ancaq onlar atəşkəs şərtlərinə sabahdan etibarən riayət edəcəklər. 

Razılaşma həmçinin müxalifətin nəzarətində olan Zabadanı, Fua və Kefraya şəhərlərindən sakinlərin çıxarılmasına şərait yaradacaq. 

 


Bir neçə ay bundan əvvəldə Türkiyə və İranın dəstəyi ilə tərəflər arasında razılaşma ələdə olunmuşdu. 

Bu müddət ərzində uzunmüddətli sülh üçün şərait yaransa da tərəflər atəşkəsi yenidən pozaraq mühbarizəyə davam etmişdilər. 

 


Suriya müxalifətinin silahlı qrupu


Suriya prezidenti Bəşər Əsədi devirmək üçün başlayan nümayişlər silahı qrupların mitinqlərə qoşulmasından sonra vətəndaş müharibəsinə çevrildi. 4 ildir ki, davam edən müharibə nəticəsində 4 milyondan çox suriyalı qaçqın həyatı yaşayır. Silahlı münaqişədə 250 mindən çox insan həyatını itirib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar