Suriyada 109 Rusiya hərbçisi öldürülüb
29.01.2016 541 0
Ötən il sentyabrın 30-dan indiyədək Suriyada 109 nəfər Rusiya hərbçisi öldürülüb”.
Anadolu Agentliyinə (AA) istinadən verilən xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsədə yaxın mənbələrdən bildirilib. Məlumatda Əsədi dəstəkləmək üçün Suriyaya gedən Rusiya hərbçilərinin ölüm faktlarının dövlət sirri kimi məxfi saxlandığı qeyd olunub. Bildirilir ki, Rusiyanın bütün sahələrdə yardım etməsinə baxmayaraq, Bəşər Əsəd nəzarət etdiyi ərazilərin miqyasını cüzi genişləndirməyə nail olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər