Suriya ordusu Palmira istiqamətində hücuma keçib
13.02.2017 847 0
Suriya hökumət qoşunları və Rusiya aviasiyası Palmira istiqamətində əməliyyata başlayıb.
Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, Palmira şəhərinə 20 km-dən az məsafə alıb.
Ötən həftə ərzində Rusiya aviasiyasının Palmira istiqamətində 90-dan çox döyüş uçuşu həyata keçirdiyi bildirilib: "Bu müddət ərzində Suriya hökumət qoşunları terrorçuların 180-dən çox obyektini, 15 silah-sursat və hərbi texnika anbarını, 43 zirehli döyüş texnikasını məhv edib. Terrorçuların 200-dən çox canlı qüvvəsi məhv edilib".
Fevralın 7-dən Suriya hökumət qoşunları Əl-Kuleybe və Kirkuk yaşayış məntəqələrini terrorçuların işğalından azad edərək 22 kvadrat kilometr ərazidə nəzarəti ələ alıblar./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər