Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar
06.06.2017 655 0
Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar.
“Frans Press”ə istinadən verilən məlumata görə, bunu alyansın nümayəndələrindən biri deyib.
O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər.
Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.
Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər