Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın sonunadək təxirə salınıb.
“lenta.ru” saytına istinadən verilən məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin nümayəndələri ilə görüşü zamanı deyib.
“Astanada keçirilən danışıqlarda aydın şəkildə bildirilib ki, münaqişənin siyasi nizamlanması istiqamətində səylər BMT-nin himayəsi altında keçirilən Cenevrə danışıqlarına töhfə verəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, yanvarın 23-24-də Astanada Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökumət nümayəndələrinin silahlı müxalifətin təmsilçiləri ilə danışıqları olub. Astana görüşünün yekunlarına dair Moskva, Ankara və Tehran Suriyada atəşkəsin riayət olunmasına dair üçtərəfli mexanizmin yaradılması barədə razılığa gəlib. /APA/