Supergüclər görüşdü
01.07.2015 616 0.0 0

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan həmkarı Con Kerri ilə Vyanada görüşüblər. 

Məlumata görə, Avstriyanın paytaxtında bir araya gələn xarici siyasət idarələri rəhbərlərinin görüşü 3 saat çəkib. Tərəflərin danışığı əsnasında müzakirə mövzularından biri radikal sələfi İŞİD terror qruplaşması ilə mübarizə yolları olub.

“Amerikalı həmkarımla bu barədə ortaq fikrimiz var: vəziyyətə nəzarət üçün daha ciddi addımların atılması lazımdır. Buna görə də İŞİD-ə qarşı vuruşan qüvvələri dəstəkləmək əsas məsələlərdən biri kimi qəbul edilə bilər”, – deyə rusiyalı siyasətçi bildirib. 

Bundan başqa, Kerri ilə Lavrov Ukraynadakı böhran və problemlərin həlli yolları barədə danışıqların olduğu vurğulanır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar