ABŞ alimləri insanın proqnozlarını və alqoritmik proqnozları, qiymətləndirmələri birləşdirməklə süni intellektin məhsuldarlığını yüksəldə bilən yeni riyazi model təqdim ediblər.
İnsan və maşın alqoritmləri qarşılıqlı bir-birini tamamlayan güclü və zəif tərəflərə malikdirlər. Onlardan hər biri proqnozların və qərarların qəbul olunmasının tərtib edilməsi üçün müxtəlif informasiya mənbələrindən və strategiyalardan istifadə edir.
Tədqiqatçılar bu konsepsiyanı yoxlamaq üçün təsvirlərin təsnifatı üzrə sınaq keçiriblər. Sınaq zamanı insanlar və kompüter alqoritmləri bir-birindən ayrı işləyiblər.
Nəticələr insanlar və süni intellekt alqoritmləri arasında tanımalarda böyük fərqlər olduğunu göstərib.
İnsanların və kompüterin proqnozları və qiymətləndirilmələri birləşdirildikdə ortaya çıxan hibrid model isə ən yaxşı məhsuldarlığa malik olub. Beləliklə, alimlər insan və kompüter arasında sinergiyaya nail olmağa müvəffəq olublar.
Alimlər hesab edirlər ki, bu üsul daha insanabənzər alqoritmləri hazırlamağa kömək edəcək.
Mənbə: science