Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarıldı
14.01.2016 475 0.0 0

“Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar bildiririk ki, məktəbin tarix müəllimi İdris Hüseynov “Təhsil haqqında” qanunun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib”.
 
Bu haqda Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. 
 
Məlumata görə, bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib: “Bununla bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində 22 saylı orta məktəbin şagirdinin İdris adlı tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayılıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar