SUMQAYITDA OĞURLANAN UŞAQ TAPILIB.
03.09.2014 1680 0.0 0

 

 

Binəqədi rayonu ərazisində tapılan körpə hüquq-mühafizə orqanlarına təhvil verilib. 

Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə 2 aylıq körpəsini tanımadığı bir qadına müvəqqəti saxlamağa vermişdi. Həmin qadin isə ananın atraksionlarda uşaqları gəzdirməsindən istifadə edərək, körpə ilə birgə aradan çıxmışdı. 

Hüquq-mühafizə orqanlarının axtarışı nəticəsində 2 aylıq körpəni oğurlayan qadının görüntüləri əldə olunsa da, bu vaxta qədər körpə tapılmamışdı. 

Xatırladaq ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlanan “Adam içində” verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib. Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib. 

Məsələ ilə bağlı açıqlama verən Elgiz Əkbər uşağın oğurlanmasından sarsıntı keçirdiyini, körpəni mənəvi övladı hesab etdiyini, bir ata kimi olaydan şoka düşdüyünü bildirmişdi. 

Hazırda körpəni oğurlayan qadının saxlanıldığı bildirilir.//AnsPress


Teqlər:SUMQAYITDA OĞURLANAN UŞAQ TAPILIB.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar