Sumqayıtda maskalılar yük avtomobilinə hücum edib- külli miqdarda pul oğurlanıb
15.06.2016 708 0.0 0

Sumqayıtda maskalı şəxslər yük avtomobilinə basqın edib.
 
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.
 
Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən üç maskalı şəxs onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər. 
 
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar