Sumqayıtda döyüş sursatı aşkarlandı
01.04.2015 720 0.0 0

Qazeta.info bildirir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində döyüş sursatı aşkarlanmışdır.

Məlumata görə, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Məlum olmuşdur ki, bu istifadəyə yararsız 1 ədəd 152 mm və 3 ədəd 122 mm top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar