Sumqayıtda ana doğuşdan sonra dünyasını dəyişib
14.07.2017 812 0.0 0

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

Məlumata görə, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar