Sumqayıtda 2 nəfər ehtiyatsızlıqdan özünü yandırıb.
Qazeta.info Xeberle.com-un məlumatına əsasən bildirir ki, yanğın hadisəsi Sumqayıt şəhəri "Sülh” küçəsində Sənaye rayonu deyilən ərazidə baş verib. Belə ki, həmin ərazidə mövcud yarımtikilidə gözlənilmədən yanğın baş verib. Tüfeyli həyat tərzi sürən 2 nəfər ehtiyatsızlıqdan özlərinə od vurublar. Həddindən artıq spirtli içki qəbul edən yoldaşların köməyinə isə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib.
Vaxtında edilən müdaxilə nəticəsində alov ram edilib.
Hadisə zamanı müxtəlif yanıq xəsarətləri alan şəxslər Sumqayıt şəhər sakinləri Emil Quliyev və Vladim adlı tüfeyli həyat sürənlərdir. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.
İlkin müayinə zamanı vəziyyətlərinin ağır olduğu müəyyən edilən yaralılar Bakı şəhər 5 saylı Mərkəzi Yanıq xəstəxanasına aparılıb.