Süleyman Şahın nəşi Türkiyədə (FOTO-VIDEO)
22.02.2015 701 0.0 0

Türkiyə Suriyanın Eşme bölgəsinə girərək Türkiyə bayrağını qaldırdıqdan sonra Süleyman Şahın nəşinin qalıqları və "Süleyman Şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib.

Məlumata görə, Türkiyə Suriyanın Hələb şəhəri ərazisində Karakozak kəndindəki Süleyman Şah türbəsində xidmət edən əsgərlərinin təhliyyəsi üçün əməliyyat keçirib.

Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Süleyman Şahın nəşinin qalıqları və "Süleyman Şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib. 

Süleyman Şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə ediləcək. Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, türbədən götürülmüş mənəvi əmanət dini törənlə bir neçə günlük Türkiyədə mühafizə ediləcək. Daha sonra isə Süleyman Şahın nəşinin qalıqları Suriyanın Eşme bölgəsində türk əsgərlərinin nəzarətində olan ərazidə dəfn ediləcək.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da əməliyyatı izlədiyini bildirib. O, yaydığı yazılı açıqlamada daha öncə də iki dəfə Süleyman Şah Türbəsinin və Fəxri Mühafizə Alayının yerinin dəyişdirildiyini qeyd edib: " Süleyman Şah Türbəsi və Fəxri Mühafizə Alayı yenə beynəlxalq hüquq və razılaşmalar çərçivəsində yeni məkana köçürüləcək, orda bayrağımızı dalğalandırmağa və əcdadımızın xatirəsini yaşatmağa davam edəcəyik".

Türkiyə prezidenti qeyd edib ki, əməliyyatı keçirməkdə məqsəd Süleyman Şah Türbəsini Suriya ərazisində daha təhlükəsiz bir yerə nəql etmək olub. O bildirib ki, əməliyyat uğurla başa çatıb. Əməliyyat zamanı heç bir silahlı qarşıdurma olmayıb, bir əsgər qəza nəticəsində şəhid olub.

Qeyd edək ki, Süleyman Şah Osmanlı imperiyasının banisi olan Osman Qazidin atasıdır. Osmanlı imperiyası dağılandan sonra belə türkilər, hətta Atatürk belə Süleyman Şah Türbəsinin olduğu ərazini Türk torpağı adlandırıb və rəsmi Ankarının hüdudlarından kənarda olan yeganə anklavıdır. Türkiyə dövləti Süleyman Şahın uyuduğu torpağa qürür nöqtəsi kimi baxır. Hətta Süriya və İraqda at oynadan İŞİD terrorçuları belə bütün dini ibadəgahları dağıtdığı dövrdə belə risk edib ora yaxınlaşa bilməmişdilər. İndi düya mətbuatı həm də bunu müzakirə edir ki, türk ordusu necə olur ki, koalisiya qüvvələrin xəbərdar etmədən Suriyaya hərbi müdaxilə edir. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar