Stoltenberq: Rusiya ilə bağlı ikili yanaşmamız davam edəcək
06.12.2016 718 0.0 0

NATO Rusiyanın yeni xarici siyasət strategiyasında aqressiv ritorikanın azalmasını alqışlayır.
 
 “RİA Novosti”yə istinadən verilən məlumata  görə, bunu alyansın baş katibi Yens Stoltenberg deyib. “Mən ritorikanın azalmasını alqışlayıram, çünki sözlər məna kəsb  edir. Daha az aqressiv ritorika daha yaxşı dialoq üçün ilk addım ola bilər. Eyni zamanda, sözlər vacib olsa da, əməllər daha böyük məna kəsb  edir. Gərək baxaq, Rusiya tərəfindən hansı addımları izləyəcəyik”, - deyə o, söyləyib. 

Baş katib bəyan edib ki, NATO Rusiya ilə münasibətlərdə ikili yanaşmasını davam etdirəcək. Bu yanaşmaya bir tərəfdən güc, kollektiv müdafiə, Rusiyanın qarşısının alınması, digər tərəfdən isə siyasi dialoq üçün kanalların saxlanılması daxildir: “Biz  Rusiya ilə dialoq şərtlərinin yaxşılaşdırılmasına kömək edəcək hər şeyi alqışlayırıq”. 
 
Qeyd edək ki, ötən həftə prezident Vladimir Putin tərəfindən imzalanan Rusiyanın yeni xarici siyasət konsepsiyası dərc edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar