Hollandiyalı qadın üzgüçü Marit Stenbergen Bakı 2015-də rusiyalı Arina Openişevanı məğlub etdikdən sonra Rio 2016 Olimpiya Oyunlarına getməyi arzulayır.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Holland yeniyetmə çərşənbə günü rusiyalı rəqibini 100m məsafəyə sərbəst üzmə yarışında məğlub edib. Amma cəmi 45 dəqiqə sonra Openişeva 400m məsafəyə sərbəst üzgüçülük yarışının qızıl medalını qazanıb. Cümə axşamı günü axşam saatlarında bu rəqiblər 200m məsafəyə üzgüçülük yarışının yarımfinalında yenidən üz-üzə gələcəklər.
Stenbergenin 2:02.47 və Holi Hibotun (GBR) 2:02.24 dəqiqəlik nəticələri nəzərə alınarsa, Openişeva 02:02.06 - ilə yarımfinalın favoriti olacaq.
Nəticədən asılı olmayaraq, Hollandiyanın reytinq cədvəlində 3-cü yerdə qərarlaşan Stenbergen Rio 2016 çərçivəsində keçiriləcək 4x100m sərbəst ötürmə yarışında iştirak edəcək qrupun tərkibində yer alır.
"Bu, əla idi" - Hollandiya komandasının baş məşqçisi Frenk Bosma deyib. "Bu mövsümə 57 saniyə ilə başlamışdıq, indi o, öz nəticəsini 53,9 saniyəyə qədər yüksəldə bilib. Onun belə nəticə göstərəcəyi heç vaxt ağlıma gəlməzdi".
100 metr məsafəyə sərbəst üsulla yarışlarda qızıl medal qazanan Marit Stenbergen özü də belə nəticə gözləmirmiş: "Bu oyunlar mənim üçün ilk böyük beynəlxalq yarışlardır. Bu, həqiqətən çox böyük bir hissdir. Openişeva həqiqətən güclü üzgüçüdür və ona qalib gəlmək mənim məqsədim deyildi.
Cümə axşamı fransız Paulin Mahiu və avstriyalı Karolin Pilhatsç 50 metrliyə arxası üstə üzmə üzrə seçmə yarışlarda rusiyalı favorit Mariya Kamenevanı geridə qoyublar. Yarımfinal öncəsi son təsnifat yarışında İris Tyonk (NED) və Rebekka Şervin (GBR) arasında gedən mübarizədə Tyonk 30,22 saniyə göstərici ilə qalib gəlib.