Ştaynmayer: Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək
14.01.2016 477 0
Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi çətin dövrə təsadüf edir.
TASS agentliyinə istinadən verilən məlumata görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Serbiyadan Almaniyaya keçməsi ilə bağlı yaydığı bəyanatında deyilir.
"ATƏT dialoq və qarşılıqlı etimad üçün mühüm platforma olmalıdır", - deyə Almaniya XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Almaniyanın sədrliyi dövründə, ilk növbədə, Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq: “Həmçinin biz Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində iştirak edəcək, ATƏT-in yerlərdəki missiyalarının fəaliyyətini aktivləşdirəcəyik”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər