Rusiyanın Stavropol diyarında polis əməkdaşlarına müqavimət göstərmiş iki silahlı məhv edilib. Gazeta.ru”ya istinadən verilən xəbərə görə, bu barədə Rusiya Antiterror Mərkəzindən bildirilib.
Məlumata görə, avtomobildə olan şəxslər avtomat silahdan atəş açdıqdan sonra hadisə yerini tərk etməyə çalışıblar. Cavab atəşi ilə silahlılar məhv ediblər.
“Öldürülən şəxslərin kimliyi müəyyənləşdirilib. Onlardan biri İŞİD-in düşərgələrində hazırlıq keçib və Rusiyaya terror aktları törətmək məqsədi ilə gəlib. İkinci şəxs qruplaşmanın fəal üzvü olub” – deyə məlumatda bildirilib.
Qeyd olunan şəxslər Rusiya ərazisində silsilə terror aktları törətməyi planlaşdırıblar: “Onlar dini xadimlər və mülki şəxsləri qətlə yetirməyi planlaşdırıblar”.
Bundan əvvəl Vladimir şəhəri yaxınlığında terror aktları törətməyi planlaşdıran Orta Asiya ölkələrindən birinin vətəndaşları məhv edilib. /apa/