“Araz” radiosu "Sputnik-Azərbaycan" xəbər agentliyi ilə əməkdaşlığa dair rəsmi bəyanat yayıb.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bəyanatda deyilir: “Son vaxtlar bəzi KİV-lərdə "Araz" radiosunun "Sputnik-Azərbaycan" xəbər agentliyi ilə əməkdaşlığına dair radiomuzun reputasiyasına zərbə vuran xəbərlərin yayılmasını nəzərə alaraq bəyan edirik ki, bütün yazılanlar həqiqətə uyğun deyil və tərəfdaşlıq prinsipləri ilə bir araya sığmır. "Araz" radiosu "Novosti-Azərbaycan" agentliyinin təsisçisi olduğu "Sputnik-Azərbaycan"la gündəlik xəbərlərin hazırlanmasında əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkənin bir çox xəbər agentlikləri ilə də mövcuddur. Münasibətlərimiz xəbərlərin hazırlanmasında eksklüziv materiallarda "Sputnik-Azərbaycan"a istinadla kifayətlənir. Bəzi saytlar qarşı tərəfin mövqeyini öyrənmədən Azərbaycanda yeni radio yaradılması kimi qeyri-qanuni və jurnalist etikası ilə bir araya sığmayan dezinformasiyaları tirajlayıblar. Biz bundan təəssüf hissi keçirir və həmkarlarımızı peşə prinsiplərinə riayət etməyə çağırırıq”.
Xatırladaq ki, ANS PRESS 2013-cü ildən “Sputnik”radiosunun daxil olduğu “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun erməni əsilli jurnalist Marqarita Simonyanın olduğunu gündəmə gətirmişdi. Simonyan Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən biridir. Ermənistan qarşısında göstərdiyi “xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi" medalı ilə təltif edib.
Marqarita Simonyanın
Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də açıqlama vermişdi: "Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın hər hansı radiosuna fəaliyyət göstərməyə icazə verməyib. MTRŞ başında erməninin durduğu radionun Azərbaycan ərazisində fəaliyyətinə icazə verə bilməz. Belə bir şey ümumiyyətlə ola bilməz".