Spirtli içkilərin nağd satışına icazə verildi
12.01.2016 514 0.0 0

Yanvarın 12-dən aksizli malların nağd satışına icazə verildi.

Məlumata görə, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevə çox sayda müraciətlər olub. Prezident həmişəki kimi sahibkarlığın inkişafına dəstək istiqamətində atılan addımlara əlavə olaraq spirtli içkilərin plastik kartlarla satışını dayandırıb.

"Azərbaycanda bu gün bu prosesi həyata keçirmək üçün kifayət qədər Pos-terminal var. Bununla əlaqədar olaraq, 86 mindən çox obyektlərə Pos-terminallar quraşdırılıb. Ehtiyac olarsa, yenə əlavə Pos-terminalların quraşdırılması üçün də hər cür imkanlarımız var. Sadəcə olaraq, insanlar buna bir az alışmayıb. Azərbaycanda bu gün 6 milyondan çox kart var. Bu məsləni geniş təbliğ etməyə ehtiyac var. Spirtli içkilərin kartlarla ödənilməsində sənədlərlə bağlı ciddi problemlər var. Həm də Nazirlər kabinetinə, Prezident administrasiyasına çoxlu sayda müraciətlər var. Prezident də həmişə olduğu kimi, bu dəfə də sahibkarlığın inkişafı naminə tapşırıq verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Hazırlıq işləri tam başa çatandan sonra, yəqin ki, ayrıca qərar veriləcək", - deyə nazir müavini əlavə edib. 

Onun sözlərinə görə, qaydaların tətbiqinin dayandırılması imkan verəcək ki, bizim həm istehsalçılarımız, həm ticarətçilərimiz sənədləşdirmə işlərini başa çatdırsınlar. Hələ ki seçim alıcıların öhdəsinə buraxılır. Onlar həm nağd qaydada, həm də nağdsız spirtli içki ala bilərlər.

 


Sahib Ələkbərov-vergilər nazirinin müavini


Yanvarın 1-dən Azərbaycanda spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa qüvvəyə minib.

Qaydaya əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Buna görə də istehsal və satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.

Qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar