Milli Məclisin yaz sessiyasının növbəti iclası öz işinə başlayıb.
Məlumata görə, iclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə bəzi dəyişiklik edilib.
“Fevralın 3-də Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında fərman imzaladı. Qanun layihələrinin əksəriyyəti palatanın yaradılması məsələsini əhatə edəcək. Xahiş edirəm ki, qanun layihəsinin müzakirəsində diqqətli olaq. Komitələrdə müzakirə olunub. Qanunlar yüksək səviyyədə hazırlanıb. 1 paketdə göndərilən 24 qanun layihəsinin hesabatının verilməsini təklif edirəm. Ondan sonra müzakirələrə başlayaq”.
Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihələri haqqında məlumat veriblər.
Layihələr əsasında müzakirələrə başlanıb./modern.az/