Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı. RESEPT
27.01.2016 793 0
Bu çay güclü iltihab və mikrobəleyhinə təsirə malikdir, immuniteti möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.
Soyuq qış günlərində Masala çayı soyuqdəymə xəstəliklərinin ən yaxşı profilaktikasıdır.
İnqrediyentlər:
- 200 qr süd
- 200 qr su
- 3 xörək qaşığı şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)
- 3 çay qaşığı yaxşı qara çay
- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil
- 1/3 çay qaşığı üyüdülmüş darçın
- 2 dənə mixək
- 2 dənə hil
Hazırlanması:
1. Su və süd qazana tökülür, ədviyyatlar əlavə olunur. Vam odda 2-3 dəqiqə ərzində qaynadılır.
2. Şəkər tozu və çay əlavə olunur. Yenə də 2-3 dəqiqə ərzində vam odda qaynadılır.
3. Fincanlara (100 ml) süzgəcdən süzülür və isti halda içilir./saglamolun.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər