Bakıda taksi sürücülərinə növbəti dəfə xəbərdarlıq edilib.
Məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov bildirib ki, Avropa Oyunları dövründə Bakıda Rusiya Sovet dövründə istehsal olunan maşınlarla taksi xidməti göstərən sürücülərin hamısı cəzalandırılacaq.
"Bakıda imkan verilməyəcək ki, Sovet dövründə istehsal olunana maşınlarla taksi xidməti göstərsin. Vətəndaşlar yaxşı olardı ki, iyun ayının 1-də 30-a qədər yalnız London taksilərdən istifadə etsinlər", - deyə Əmrah Cəfərov bildirib.
Qurum rəsmisi deyir ki, Avropa Oyunlarında taksi fəliyyətilə bağlı ciddi reydlər keçiriləcək. Artıq paytaxtın taksi parklarında da yoxlamalara başlanılıb. Nöqsanların müəyyənləşdirilərək aradan qaldırılması təmin ediləcək./anspress/