Sosial evlərin tikintisi üçün daha çox ərazi ayrılacaq-VİDEO
23.06.2016 766 0.0 0

O, həmçinin "Sovetski"dəki söküntü işlərindən də danışıb.

"Sosial evlərin tikintisi üçün əlavə torpaqlar ayrılacaq". Baş nazirin müavini Abid Şərifov deyib ki, hazırda bu məqsədlə 10 milyon manat və 50 hektar ərazi nəzərdə tutulub, ancaq bu ərazinin də genişləndiriləcəyi gözlənilir. Ancaq o, ayrılacaq ərazilərin ünvanlarını açıqlamayıb.

Abid Şərifov "Sovetski"dəki söküntü işləri ilə bağlı da məlumat verib. Baş nazirin müavini deyib ki, bu ərazidə sökülməsi nəzərdə tutulan 3745 evdən yalnız 215-i sökülməmiş qalıb. Sökülən evlərin sakinləri isə köçürülüb. Hökumət rəsmisi, Sovetskidə tarixi hesab olunan binaların sökülməsi ilə bağlı sualları da cavablandırıb.

Abid Şərifov Fövqaladə Hallar Nazirliyinin rəyi olmadan istismara verilən binalar məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda Bakıda 100 belə bina var. Halbuki 6-7 ay əvvəl bu rəqəm 300 idi./xezerxeber.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar