Sonuncu oxun gətirdiyi 10 xal və qələbə
17.06.2015 742 0.0 0
Xatuna Narimanidze həayt yoldaşının sözündən çıxmayıb

Qadınlar arasında kamandan oxatma yarışlarının 1/8 final mərhələsində Gürcüstan 10 xallıq son atışla Böyük Britaniyanı 5-3 hesabı ilə geridə qoydu. 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Xatuna Narimanidze (GEO) oyunun sonuncu oxu ilə maksimum xal toplamalı idi. O, hisslərini belə ifadə edir:

Mənim ürəyim çırpınır, ayaqlarım əsirdi. Mən hələ də bu barədə danışa bilmirən, amma əsas məsələ odur ki, bunu bacardım.-Xatuna Narimanidze

Onun həyat yoldaşı və məşqçisi Tamaz Putkaradze (GEO) sonuncu atışdan əvvəl Xatunaya deyib ki, sənə yalnız sarı dairəyə vurmağa icazə verilir. Hətta zarafatla "əgər bunu bacarmasan, bir ay sənə yemək verməyəcəyəm" deyərək xanımını qələbəyə ruhlandırıb. 

1/8 finalın digər görüşündə Belarus komandası İspaniya ilə keçirdiyi 10-cu oyunda qalib gəlməyi bacardı. Əlavə atışlarda İspaniya önə çıxsa da, xalların yenidən hesablanması zamanı Belarus qalib elan olundu. 

Gürcüstan qələbədən sonra 1/4 finalda Ukrayna, Belarus isə Almaniya ilə qarşılaşır. Bu mərhələdə İtaliya Danimarka ilə, Fransa isə Rusiya ilə yarışır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar