Son dəqiqə-Düşmən ordu ağır itki verdi
28.02.2015 812 0.0 0

Ermənistan ordusu cəbhə xəttində ağır itki verib.

Məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilir ki, bu gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində 2 erməni əsgəri öldürülüb.

Belə ki, 1979-cü il təvəllüdlü hərbçi Artak Aqekyan və 1995-ci il təvəllüdlü Hayk Baroyan öldürülüb.

Qeyd edək ki, son aylar erməni hərbi birləşmələr Azərbaycan Ordsunun mövqelərinə kəşfiyyat-təxribat hücumları həyata keçirirlər. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir. 2014-cü ildən bu yana Ermənistan silahlı qüvələri 100-dən çox itki verib./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar