SON DƏQİQƏ! Baş nazir 11 naziri dəyişdi
06.09.2017 709 0.0 0

Tunisin baş naziri Yusif Şahed ölkənin Nazirlər Kabinetində nazirlərin tutduqları vəzifələri dəyişib. Trend-in məlumatına görə, bu barədə baş nazirin KİV-ə bəyanatında bildirilib.

Yerdəyişmələr 11 nazirə şamil olunub və ölkənin güc nazirliklərindən də yan keçməyib. Son qərara görə, Abdel Kərim əz-Zubeydi yeni müdafiə və Lütfi İbrahim isə yeni daxili işlər naziri olub.

Qeyd edək ki, Nazirlər Kabinetindəki yerdəyişmələr ölkə başçısı Beci Kaid əs-Sebsi ilə razılaşmadan sonra həyata keçirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar