Somali İranla diplomatik münasibətləri dayandırıb
07.01.2016 416 0.0 0

Somali hökuməti Tehran-Ər-Riyad münaqişəsi fonunda İranla diplomatik münasibətləri dayandırıb. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Somali XİN- İrandakı səfirini geri çağıraraq, ölkədəki iranlı diplomatlara Yəməni tərk etmələri üçün 72 saat vaxt verib.
 
Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar