ŞOK HESABAT: məzhəb atəşinin fitili ABŞ-da yandırılıb
05.01.2016 588 0.0 0

İran və Səudiyyə Ərəbistanı arasında məzhəb qarşıdurmasının yaranması ABŞ-ın strateji araşdırma mərkəzi olan “Rand Corporation”un 2003 və 2008-ci illərdə hazırladığı hesabatları yenidən gündəmə gətirib.
 
Qazeta.info Publika.az-a istinadla  xəbər verir ki, “Rand Corporation”un hesabatlarında islam dünyasında məzhəb qarşıdurmasının fitilinin məhz ABŞ-da yandırıldığı bildirilir.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının ötən həftənin şənbə günü terrorçuluqda ittiham etdiyi 47 nəfəri edam etməsi Ər-Riyad ilə Tehran arasında münasibətləri kəskinləşdirib. Edam olunanlar arasında şiə din adamı ayətullah Nemr Bakır ən-Nemri də var. ABŞ-ın strateji araşdırma mərkəzi 2003 və 2008-ci illərdə hazırladığı hesabatlarda islam dünyasının gələcəyində qanlı vətəndaş müharibələrinin yaşanacağına dair detalları təqdim etmişdi.
 
“Rand Corporation” 2008-ci ildə hazırladığı “Uzunmüddətli döyüşün gələcək inkişafı” başlıqlı hesabatda ABŞ-ın şiə-sünni qarşıdurmasından faydalanacağını bildirmişdi.
 
Bu mövzuda digər bir hesabat “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı tərəfindən hazırlanıb. 2015-ci ildə hazırlanan hesabatda Yaxın Şərqdə məzhəblər arasındakı qarşıdurmadan bəhs edilir. Hesabatda şiələr və sünnilərin bir-birindən intiqam alacaqları vurğulanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar