ŞOK! Cərrah pasiyentlərin qaraciyərinə `imza` qoyurmuş
20.12.2017 1009 0.0 0

Britaniyalı cərrah Saymon Bremholl xəstələrin daxili orqanlarında öz “imzasını atmaqda” ittiham olunur.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, 53 yaşlı həkimin bir neçə il əməliyyat zamanı xəstələrin qaraciyərində arqon şüası vasitəsilə öz inisiallarını yazdığı ortaya çıxıb.

Bu əməllər üzə çıxdıqdan sonra həkim cərrahlıq fəaliyyətindən uzaqlaşdırılıb və məhkəmə qarşısına çıxarılıb.

S.Bremholl iki xəstənin qaraciyərində qanaxmanın qarşısının alınması üçün lazerlə “yandırma” həyata keçirdiyini və öz adının baş hərflərini yazdığını etiraf edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar