Sofiyada doğum evində dəhşətli hadisə – VİDEO (18+)
05.05.2015 678 0.0 0

Mama-ginekoloq 4 günlük körpəni yumruqlayaraq boğur.

Çoxlarının sona qədər baxa bilmədiyi bu video Bolqarıstanda müzakirə obyekti olub.

Məlumata görə, videoda Sofiamed özəl doğum evinin mama-ginekoloqunun xüsusi qəddarlıqla yeni doğulmuş körpəni döydüyü əks olunub. Bu, aprelin 17-dən 18-nə keçən gecə baş verib.

40 yaşlı Emiliya Kovaçeva ağlamaqdan başqa heç nə edə bilməyən körpəni yumruqla, yemək şüşəsi ilə vurur, müəyyən bir vaxtda qəzəblə götürərək onu boğmağa çalışır.

Bu barədə prokurorlara məlum olub, onlar qətlə cəhd maddəsi ilə cinayət işi açıblar. O, 15 il müddətinə azadlıqdan məhrum ola bilər.

Bununla yanaşı, onun vəkili Bolqarıstanda qadağan edildiyi halda qadının 24 saat işlədiyini, çox əsəbi olduğunu, həm də uşağın çox möhkəm ağladığını bildirib. 2 uşağı olan Emiliya otaqda kameranın quraşdırıldığını bilirdi. Qadın yoxsulluq ucbatındna əlavə saatlarda işləyirdi.

Xəstəxananın administrasiyası və qadının həmkarları onun burada çoxdan işlədiyini və heç bir zaman problemli görünmədiyini bildiriblər.

Hakimlər qadının istintaq zamanı həbsdə olması qərarına gəliblər, uşaqlarına isə təqaüd ödəniləcək. Prokurorlar onun əvvəllər də belə davranmasını aşkar etmək üçün digər videolara da baxmalıdırlar./oxu.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar