SOCAR Yunanıstana 2,3 mlrd. avro həcmində birbaşa investisiya yatırılacaq
24.06.2016 644 0
"Cənub Qaz Dəhlizi layihəsi dünyanın ən iri və ən çətin layihələrindən biridir".
Məlumata görə, bunu "SOCAR Energy Greece" (SOCAR-ın Yunanıstandakı törəməsi) şirkətinin rəhbəri Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsası olan "Şahdəniz-2" yatağının işlənilməsinin 70%-i artıq yekunlaşıb.
O bildirib ki, uzunluğu 871 kilometr olan Trans-Adriatik qaz boru xətti (TAP) layihəsinin ümumi dəyəri 6,2 mlrd. avro təşkil edir: "Bu layihənin icrası zamanı Yunanıstan iqtisadiyyatına 2,3 mlrd. avro həcmində birbaşa investisiya yatırılacaq. Layihə 8 min iş yerinin açılmasına səbəb olacaq ki, bunun da 2 mini daimidir"./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər