Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yunanıstanın DESFA şirkətinin
səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının
etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib
hazırlanması məqsədilə Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir.
Qazeta.info bildirir ki, Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin
formal dövrü çərçivəsində
“saatı durdurmuşdur”. Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul
edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi
üçün əlavə vaxt verəcək. Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin
birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı
müşahidə olunan adi hallardan biridır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yekun qərarın Avropa Komissiyasının
preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi
əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.