SOCAR PETKİM-İN SƏHİM SATIŞI HAQDA AÇIQLAMA YAYIB
05.02.2015 975 0.0 0

 

 

SOCAR "Petkim"in birjadakı 3.4% səhmini Beynəlxalq İnvestisiya Fonduna satır

 

 

SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin

hissələrinin 3,4%-nı satışa çıxarır.
 

Qazeta.info bildirir ki, Satış əməliyyatı ABŞ-da yerləşən və beynəlxalq bazarlarda

investisiya həyata

keçirən xarici fondlara 4 türk lirəsi məbləğində vahid qiymətlə gerçəkləşdiriləcək.

 

Əməliyyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış

 

“Ünlü&Co;” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra

olunacaq. 

“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz satış ilə bağlı

açıqlamasında bildirmişdir ki, bu əməliyyat xarici investorların SOCAR və

 

“Petkim”ə göstərdikləri yüksək etimad və etibarın göstəricisidir. Bu hissələr 2009-

2010-cu illərdə investisiya məqsədi ilə İstanbul Birjasından o zaman üçün çox

 

ucuz hesab etdiyimiz 2.10 türk lirəsinə alınmışdır və buna görə də indiki satış

əməliyyatından əhəmiyyətli bir ticari gəlir əldə olunacaq. 

İcraçı direktor satışın birja əməliyyatlarında yer alan hissələrdən edildiyini,

 

SOCAR-ın “Petkim”dəki mövcud sahiblik statusunda hər hansı bir dəyişiklik yaratmadığını qeyd etmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar