SOCAR neft ixracını açıqladı
06.03.2015 745 0
Qazeta.info bildirir ki, Fevral ayında Ceyhan limanından 2,3 milyon ton neft dünya bazarlarına çıxarılmışdır 2015-ci ilin fevral ayı ərzində 2 milyon 345 min 024 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil etmişdir. Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər