SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb
17.02.2018 1062 0
Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.
Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.
Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər