Sobçak Saakaşvili ilə birlikdə
09.06.2015 605 0
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanın məşhur teleaparıcısı və jurnalisti Kseniya Sobçak ilə Odessa ətrafı kəndə baş çəkib.
Məlumata görə, bu barədə Kseniya Sobçak “İnstagram” hesabında xəbər yayıb.
Qubernator eksperimental sahələrdə olub, həmçinin Komintern rayonunun Perşotravnevoe kəndinə baş çəkib. Burada Saakaşvili yerli sakinlərlə görüşüb. Saakaşvili qeyd edib ki, zəngin potensiala baxmayaraq Ukrayna Avropanın ən kasıb ölkəsi olaraq qalır və korrupsiya ilə mübarizə aparmağa söz verib.
Televiziya aparıcısı Kseniya Sobçak Odessaya səfəri haqqında sosial şəbəkədə öz səhifəsində geniş məlumat verib./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər