СNN: Klinton Trampı 5% qabaqlayır
25.10.2016 457 0.0 0

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5 faiz qabaqlayır.
 
Məlumata görə,  CNN telekanalının ORC şirkəti ilə birgə keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 49 faizini, Tramp isə 44 faizini toplaya bilər.
 
Sorğu 20-23 oktyabr tarixlərində keçirilib.
 
Ötən gün ABC telekanalı tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə, sabiq dövlət katibi milyardçı rəqibini 12% qabaqlayıb.
 
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar