"Əsl təhlükə İŞİD deyil"
Bunu açıqlamasında Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Petreus İraqdakı vəziyyəti qiymətləndirərkən bildirib.O, əsl təhlükənin İŞİD deyil şiə hərbiçilərin olduğunu bildirib.
Qazeta.info bildirir ki, Petreus açıqlamasında "İraqın siyasət sahəsində Livan kimi olması və bir xarici gücün siyasətdə aktivləşməsi fəlakət olar. İŞİD məhv olarsa İrandan dəstək alan hərbiçilər siyasət arenasında Livandakı Hizbullah kimi kilid nöqtədə olacaqlar." deyə açıqlama verib.
Devid Petreus İranla əlaqədar olaraq "bölgədə ABŞ-ın təmiz niyyətlə etdiyi təkliflərə İranın verdiyi cavablar heç də ürəkaçan deyil. İran bizim üçün Orta Şərqdəki ən böyük problem olmağa davam edir. Qasım Süleymaninin yayılan görüntüləri buna sübutdur " deyə açıqlama verib.