Skovronska: «Məğlub olsaydıq əllərimi kəsəcəkdim»
23.06.2015 635 0.0 0
Türkiyə yığması voleybolda liderliyini qoruyur

Bugün Bakı Kristal Zal 1-də qadınlar arasında keçirilmiş voleybol yarışının dörddəbir mərhələsində Almaniya komandası ilə Polşa qarşılaşıb.

Polşa komandası başladığı ilk saatlarda 2-0 hesabı ilə öndə olmasına baxmayaraq, oyunu beşinci setdə xilas etməyə məcbur olub.

Polşalı Skovronska Dolata görüşün çətin olduğunu bildirməklə yanaşı, bir neçə səhvə yol verdikllərini də bildirib:

Hər iki komanda üçün bu oyun çətin idi, lakin mən oyundan həzz aldım. Mən üçüncü və dördüncü mərhələdə olduqca əsəbi idim. Hətta qalib gəlməsəydik əlimi plastik bıçaqla kəsəcəyimi düşünürdüm. Mən səhv oynadığımıza görə çox hirslənmişdim. Buna görə də biz mübarizəni beşinci mərhələyə qədər daşımalı olduq.-Skovronska Dolata

Oyunun əvvəlində hər iki komanda bərabər səviyyəli oyun nümayiş etdirib. Lakin sonra Polşa üstünlüyü ələ alaraq hesabı 24-22-ə çatdıra bilib. Almaniya yığmasının kapitanı Marqareta Kozuçun güclü zərbəsi, polşalı Katarina Zaroslinskadan ibarət bloka tuş gələrək almanların meydançasına düşüb və ilk set 25-23 hesabı ilə Polşalı voleybolçuların xeyrinə yekunlaşıb.

İkinci mərhələnin əvvəllərində Polşa yığması 4 xal fərqlə 9-5 hesabı ilə önə keçib. Və oyunun sonuna yaxın alman Cenifer Qirtaysın səhvi ucbatından Polşa 25-17 hesabı ilə almanları məğlub etməyi bacarıb.

Almaniya komandası üçüncü mərhələyə 16-15 hesabı ilə öndə başlayıb. Voleybolçu Luciano Pedullanın rəhbərliyi ilə almanlar ardıcıl olaraq 7 xal qazanaraq, sonda Sonda Maren Brinkerin vurduğu zərbə ilə 25-18 hesabında qalib gəlib.

Davam edən oyunların dördüncü mərhələsində Almaniya Polşa yığmasını 25-14 xal hesabı ilə yenə də məğlub edib.

Dalbadal qarşılaşdıqları məğlubiyyətə baxmayaraq, Polşa öz təmkinini beşinci mərhələdə göstərərək, almanlardan ibarət voleybol yığmasını 15-10 hesabı ilə məğlub etməyi bacarıb.

Voleybol yarışlarının ikinci dörddəbir mərhələsində isə Türkiyə komandası Rusiya komandasını 3-1 hesabı (25-18, 23-25, 25-22, 25-19) ilə məğlubiyyətə uğradıb və onun rəqibi Azərbaycan ilə Hollandiyanın görüşündən sonra məlum olacaq.

Rusiyalı voleybolçuların məşqçisi Vadim Pankov uğursuzluqla bitən görüş haqqında deyib ki, onun komandası növbəti mərhələyə çıxmağa qadir komandadır, sadəcə oyun zamanı lazimi səyi göstərə bilmədilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar