Siyavuş Novruzov: «Bizim böyük, kiçik qardaşımız yoxdur»
29.05.2015 699 0.0 0

 “Ölkə xaricində olduğu kimi, ölkə daxilində də Azərbaycanın inkişafını gözü götürməyənlər var. Son vaxtlar şahidi oluruq ki, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə bəyanatlar verirlər, Avropa Parlamentində Azərbaycan əleyhinə qərarlar qəbul edilir”.

Məlumata görə, bunu "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.
 
S. Novruzov deyib ki, Avropa Parlamentinin sədri Marin Şults  spiker Oqtğay Əsədovla görüşlərdə deyib ki, Avropa Parlamentinin deputatlarının söylədiklərinə fikir verməyin: “İndi Martin Şultsun maskası cırılıb. Martin Şults iyunun 10-da “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edəcək. Azərbaycandan da müəyyən insanları dəvət edib. Bu, nə deməkdir? Matin Şults Riqa sammitində Ermənistanı demokratiyanın çiçəkləndiyini ölkə kimi təqdim edir. Baxmayaraq ki, bu ölkədə seçkilər zamanı insanlar güllələnib, insan hüquqları pozulub. Əgər insan hüquqlarının müdafiəçisənsə, Xocalı soyqırımını niyə Avropa Parlamentində müzakirəyə çıxarmırsan? Burada ikiüzlülük, satqınlıq var, Avropa Parlamentinin sədri Avropa Oyunlarına belə münasibət bəsləyirsə, öz partiyasını da satır, sosial ədalət prinsipinə qarşı çıxır. Biz bu insanlara qarşı kəskin mövqeyimizi bildirməliyik, Şultsun öyrətdiyi adamlardır ki, sabah mitinq keçirmək istəyirlər. Martin Şultsun öyrətdiyi adamlardır ki, Azərbaycanda Avropa Oyunlarını boykot etməyə çağırırlar”.
 
S. Novruzov Azərbaycan xalqının ölkə prezidentinin ətrafında birləşdiyini söyləyib: “Bizim böyük, kiçik qardaşımız yoxdur, hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar