Şirvanda polis şəxsin özünə xəsarət yetirməsinin qarşısını alıb
18.11.2017 910 0.0 0

 Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsin qarşısını alıb.

Bu barədə DİN-nin mətbuat xidmətinin Şirvan şəhər regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib. 

Onun sözlərinə görə, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib: "Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünəqəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib. Hadisə yerinin yaxınlığında olan Şirvan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb".

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar