Sirlər açılır: Turqut Özalı Gülən öldürüb?
10.08.2016 700 0.0 0

Türkiyənin səkkizinci Prezidenti Turqut Özalın FETÖ tərəfindən öldürüldüyü iddia edilir.
 
Məlumata görə, mərhum prezidentin oğlu Əhməd Özal atasının ölümündə FETÖ-dan şübhələndiyini bildirib. O, sui-qəsdin araşdırılmasının vacibliyini vurğulayıb:
 
“Atamın zəhərlənməsi məsələsində FETÖ-dan şübhələnirəm. Bu hadisə dərindən araşdırılmalıdır. Mərhumun məzarı açıldıqdan sonra oradakı baş həkim FETÖ-çu olduğu üçün işdən çıxarıldı. Atamın vəziyyəti ağırlaşanda onun mühafizə dəstəsində iki həkim və iki təcili yardım maşını olub. Ancaq heç biri yardım etməyib. Nədənsə bu hadisələr ört-basdır edildi. Fətullah Gülən 1991-ci ildə yazdığı yazıda atamı təhqir etmişdi, çünki atam onun dediklərini yerinə yetirmirdi. Ümumiyyətlə, Turqut Özal sui-qəsdi ən incə detalına qədər araşdırılmalıdır”.
 
Qeyd edək ki, Turqut Özal illər əvvəl Gülən haqqında danışarkən onun çox təhlükəli adam olduğunu bildirmişdi./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar