Şimali Koreyanın XİN başçısı Moskvada səfərdədir
09.04.2018 1190 0
Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yon Ho Rusiyada rəsmi səfərdədir.
Bu barədə "RİA Novosti"yə istinadən xəbər verilir.
Məlumata görə, nazir Moskvanın Domodedovo hava limanına Türkmənistanın paytaxtı Aşqabaddan uçub. Zalın çıxışında Li Yon Honu jurnalistlər gözləsələr də, o, sualları cavablandırmamağa qərar verib.
Xatırladaq ki, daha öncə Şimali Koreya xarici işlər naziri aprelin 5-6-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər