Şimali Koreyanın xarici işlər naziri Azərbaycana gəlir
03.04.2018 716 0.0 0

Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho çərşənbə axşamı səhər Pxenyandan Pekinə yola düşüb. O, Çindən sonra Azərbaycan və Rusiyaya səfər edəcək.

 RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə çoxsaylı diplomatik mənbələrə istinadən Yaponiyanın NHK teleşirkəti məlumat yayıb.

Məlumata görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı konfransında iştirak edəcək, ardınca Rusiyaya yollanacaq.

Bununla belə teleşirkət qeyd edir ki, KXDR-dən bununla bağlı rəsmi məlumat hələ ki, daxil olmayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar