Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparılacaq
03.04.2017 667 0.0 0

Cənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar.

"TASS"a istinadən verilən məlumata görə, 3 gün davam etməsi planlaşdırılan təlimlər Çedjou adasının yaxınlığında keçiriləcək. Onların məqsədi - Şimali Koreya təhlükəsinə effektiv cavab verməkdir.

Təlimlərdə 3 esmines iştirak edəcək: Cənubi Koreya tərəfində - "Kang Gam Chan", ABŞ tərəfindən - "McCampbell" və Yaponiya tərəfindən - "Sawagiri"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar