Şimali Koreyanın kosmosa buraxdığı raketin qalıqları tapılıb
10.02.2016 516 0.0 0

 Cənubi Koreya hərbçiləri Şimali Koreyanın fevralın 7-də kosmosa buraxdığı raket daşıyıcısının  qalıqlarını aşkarlayıblar. “Daily Mail”-a istinadən verilən xəbərə görə, Cənubi Koreya hərbçiləri aşkarladıqları raket qalıqlarının foto şəkillərini təqdim ediblər.
 
Hazırda hərbçilər raket qalıqlarını analiz edirlər.
 
Qeyd edək ki, KXDR  fevralın 7-də yerli vaxtla saat  09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan üzərində “Kvanmönson-4” süni peykinin quraşdırıldığı raketin buraxılışını həyata keçirib. Bundan sonra Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar