Şimali Koreya yeni RƏM sistemini sınaqdan keçirib
28.05.2017 863 0.0 0

 Şimali Koreya lideri Kim Çen In ölkənin yeni hava hücumundan müdafiə sisteminin “uğurlu sınağı”nı izləyib.

Məlumata görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“İmkanları diqqətlə yoxlamadan keçirilən bu silahlanma sistemi ölkəni meşə kimi örtmək üçün kütləvi şəkildə istehsal olunmalı və düşmənlərin havada ağalıq etməklə bağlı xəyallarını məhv etməlidir”, — deyə “Renxap” Kim Çen Inın sözlərini sitat gətirib.

O qeyd edib ki, ötən il sistemdə aşkar olunan bir sıra nöqsanlar tam aradan qaldırılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar