Şimali Koreya ömürlük həbs etdiyi keşişi azadlığa buraxıb
09.08.2017 863 0.0 0

Şimali Koreya hakimiyyəti ömürlük həbs cəzasına məhkum olunmuş kanadalı pastor (keşiş) Lim Xyon Suyu azadlığa buraxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi agentliyi məlumat yayıb.

“Kanada vətəndaşı Lim Xyon Su səhhəti ilə əlaqədar olaraq, Koreya Xalq Demokratik Respublikası Ali Məhkəməsinin cari il avqustun 9-u tarixli uyğun qərarı əsasında azadlığa buraxılıb”, - rəsmi açıqlamada bildirilib.

Koreya əsilli kanadalı pastor Lim Xyon Su 2015-ci ildə ölkədə “pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə” ömürlük azadlıqdan məhrum edilmişdi. O, cəzasını Şimali Koreya islah əmək müəssisələrindən birində çəkirmiş. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar